Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşada keçirilən Beynəlxalq Media Forumu tariximizə daha bir parlaq səhifəni yazdı

0

  •       İyul ayının 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Belə bir mötəbər tədbirin Şuşada keçirilməsi böyük əhəmiyyət kəsb edirdi. Çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, Böyük Zəfərimizin və sülhün rəmzidir,44 günlük Vətən müharibəsində şücaət göstərmiş Şəhidlərimizin rəmzidir.    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak etdi və sualları cavablandırdı.   
    Hələ Şuşaya səfəri çərçivəsində Xocalı rayonunun işğaldan azad edilmiş kəndlərində olan və məğrur duruşu ilə paylaşım edən dövlət başçımız Ermənistana və havadarlarına mesaj verdi ki, tezliklə Xocalıdan və Xankəndindən belə paylaşımlar edəcək.   
    Forumda ölkə jurnalistləri, Qarabağımızın –Şuşamızın azad olunmasında iştirak edən bir qrup qazilərimizlə yanaşı,20-dək ölkədən xarici media nümayəndələri və ekspertləri də qatılmışdılar. Media qurumlarının nümayəndələrinin müxtəlif səpkili suallarını faktlarla və dolğun şəkildə cavablandıran Cənab Prezident İlham Əliyev Qarabağın, xüsusilə, Şuşanın tarixindən, Azərbaycan Ordusunun Zəfərindən, qardaş Türkiyənin mənəvi dəstəyindən, Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiyi vandalizm və barbarlıqdan, revanşist qüvvələrin təxribatlarından söhbət açdı. Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, erməni separatçılarının, revanşistlərin və onların havadarlarının cəhdləri əbəsdir. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu qeyd edən cənab prezident onların hüquqlarının və təhlükəsizliklərinin konstitusiyamızın qanunlarına uyğun qorunacağını bildirdi.   
    Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşa ilə tanış olmaları Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda apardığı təbliğat kampaniyasının əsas tərkib hissəsi idi. Şuşa qala divarlarını ziyarət edən xarici qonaqlar Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat əldə etdilər. Şuşada, Cıdır düzündə olmağın özü tarixi Zəfərimizin reallıqlarının təbliğinə böyük töhfədir.   
    Şuşa Beynəlxalq Media Forumu tariximizə daha bir parlaq səhifəni yazdı. “Şuşaya hələlik deyirik” fikirləri azad Şuşamıza səfər edən hər bir Forum iştirakçısının ürəyindən keçən, dilindən səslənən fikirlər oldu.   
    Hələ Şuşamız bundan sonra daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, Azərbaycanın milli kimliyinin təqdimatına öz töhfələrini verəcək. Əziz Şuşa, sən azadsan!    
    Əziz Şuşa biz səninləyik!
    Kamil Məhərrəmov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib29 dəfə
    Şuşada keçirilən beynəlxalq media forumu tariximizə daha bir parlaq səhifəni yazdı

    Maraqlı gələ bilər
    39
    28
    28
    32